06 
Iyl
2020
21:55
1674

Doqquz yaşlı oğlanı mahnıya qulaq asdığına görə öldürüb hamamda doğradı

Doqquz yaşlı uşaq uca səslə musiqiyə qulaq asdığı üçün qonaq getdiyi evdə öldürülüb.

İnterPress xəbər verir ki, dəhşətli hadisə Rusiyanın Krasnodar diyarında baş verib.

Uşaq ötən ilin may ayında itkin düşüb: evdən çıxıb və bir daha geri qayıtmayıb. Polis işə qarışıb. Lakin sonradan məlum olub ki, uşağı artıq sağ tapa bilməyəcəklər.

Məlum olub ki, həmin məşum gündə o, əmisinin birgə yaşadığı qadının evinə qonaq gedib. Orada ucadan musiqiyə qulaq asdığı və digər uşaqların yatmasına mane olduğu üçün qadın onu boğaraq öldürüb.

Bundan sonra qatil meyiti soyuqqanlılıqla hamam otağına aparıb, orada doğrayıb, qalıqları torbaya yığıb, üstünə xlor töküb və tövlədə gizlədib.

Bizimlə əlaqə saxlayın