08 
Iyl
2020
09:23
600

Azərbaycanda koronavirusa yoluxanlarla bağlı son RƏQƏMLƏR

Azərbaycanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı son statistik göstəriciləri açıqlayıb.

InterPress.ge xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8474 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 334 nəfər reanimasiyada, 60 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 21 374 nəfər virusa yoluxub, 12 635 nəfər sağalıb.

Qeyd olunub ki, dünən 7102 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 529 875 test aparılıb.

Qeyd edək ki, Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxub, 453 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər