08 
Iyl
2020
23:26
819

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

Son sutkada Türkiyədə daha 1 041 nəfərə COVID-19 diaqnozu qoyulub.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 208 938 nəfərə çatıb.

Son 24 saatda daha 22 nəfər koronavirusdan vəfat edib. Beləliklə Türkiyədə pandemiya qurbanlarının sayı 5 282 nəfərə yüksəlib.

Bununla yanaşı, son gün ərzində 2 219 nəfər sağalaraq evə buraxılıb. Bununla da ölkədə koronavirusdan sağalanların sayı 187 511 nəfərə çatıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər