09 
Iyl
2020
08:00
1473

Rusiya sərhədlərini qonşu ölkələrə bu şərtlə açacağını açıqladı

“Rusiya sərhədləri bağlı saxlamaqda maraqlı deyil və rusları qəbul etməyə hazır ölkələrlə sərhədləri açmaq üçün birlikdə işləməyə hazırdır, ancaq koronavirusla bağlı sanitar və epidemioloji vəziyyətə diqqət yetirmək vacibdir”.

InterPress.ge xəbər verir ki, bunu Federasiya Şurasının spikeri Valentina Matvienko söyləyib.

“Rusiya məhdudiyyət tətbiq etməkdə, insanları başqa ölkələrə buraxmamaqda, sərhədləri bağlı saxlamaqda maraqlı deyil. Bu, ikitərəfli münasibətlər və ölkələrin Rusiya vətəndaşlarını qəbul etməyə hazırlığı məsələsidir”, - Matvienko jurnalistlərə bildirib.

O, sərhədlərin bağlı qalmasının siyasi məsələ olmadığını deyib: “Bu, koronavirus səbəbiylə sanitariya və epidemioloji tələblər mövzusudur”.

Bizimlə əlaqə saxlayın