11 
Iyl
2020
23:12
759

Tükiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

Türkiyədə son gündə koronavirusdan 21 nəfər ölüb.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 344 nəfərə çatıb.

Son sutkada qonşu ölkədə COVID-19-a 1 016 yoluxma qeydə alınıb. Hazırda Türkiyədə koronavirusa yoluxma hallarının sayı 211 981-dir.

Bu gün 1 344 pasiyent sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə koronavirusdan sağalan pasiyentlərin sayı 193 217 nəfərə çatıb.

Bizimlə əlaqə saxlayın