11 
Iyl
2020
23:25
915

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Azərbaycanda bu gün 531 yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb, bununlada ölkədə yoluxmaların ümumi sayı 23521 nəfərə çatıb..

InterPress.ge xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

Bununla yanaşı ölkədə koronavirusdan 514 nəfər sağalıb və ümumi sağalanların sayı 14607 nəfərə çatıb.

Qeyd edək ki, Azərbaycanda bu günə kimi koronavirusdan 298 nəfər vəfat edib.

Bizimlə əlaqə saxlayın