13 
Iyl
2020
07:53
770

Məşhur aktrisa və qızı koronavirusa yoluxdu

Hindistanlı aktrisa və 1994-cü il “Dünya gözəli” seçilmiş Ayşvariya Ray və qızı Aaradxiyudan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

InterPress.ge xəbər verir ki, bunu aktrisanın həyat yoldaşı Abhişek Baççan bildirib.

“Onlar karantini evdə keçirəcəklər. Ailəmin digər üzvləri, o cümlədən anamın testi mənfi nəticə verib. İstəklərinizə və dualarınıza görə hamınıza təşəkkür edirəm”.

Bundan əvvəl, Abhişek Baççanın atası, Bollivud aktyoru Amitabh Baççanın da koronavirusa yoluxduğu bildirilmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər