13 
Iyl
2020
08:57
371

Rusiyada təyyarə qəzaya uğrayıb

Rusiyanın Nijni Novqorod vilayətinin Bolşeboldinski rayonunda “An-2” tipli təyyarə qəzaya uğrayıb.

InterPress.ge TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi məlumat yayıb.

Bildirilib ki, hadisə barədə iyulun 13-də, yerli vaxtla saat 04:10-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dərhal hadisə yerinə təcili yardım xidmətinin əməkdaşları cəlb edilib.

Hadisənin başvermə səbəbi dəqiqləşdirilir.

Bizimlə əlaqə saxlayın