13 
Iyl
2020
09:33
1640

SON VƏZİYYƏT: Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib: Azərbaycanın şəhid sayı artıb - VİDEO

Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

InterPress.ge xəbər verir ki, bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan bölmələrinin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Hazırda əməliyyat şəraiti Azərbaycan qoşunlarının nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirildiyi bildirilir.

Qeyd olunur ki, Ermənistan tərəfi itkiləri barədə məlumatları gizlədir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər