14 
Iyl
2020
01:49
491

Türkiyədə sel dörd nəfərin həyatına son qoyub

Türkiyənin Artvin bölgəsində yağan yağış güclü sel və daşqın əmələ gətirib.

İnterPress AZƏRTAC-a istinadən bildirir ki, təbii fəlakət insan tələfatına səbəb olub. Üçü bir ailədən olmaqla dörd nəfəri sel aparıb.

Dərələrin daşması, yeni yarğanların yaranması, o cümlədən körpülərin uçması böyük çətinliklər yaradıb.

Bizimlə əlaqə saxlayın