14 
Iyl
2020
20:23
1355

Ukraynanın Xarici İşlər Naziri Saakaşvilinin bəyanatlarına sərt münasibət bildirdi

Ukraynanın Xarici İşlər Naziri Dmitro Kuleba Mixeil Saakaşvilinin bəyanatılarına görə, Gürcüstanın Xarici İşlər Nazirliyinə Ukrayna səfirinin çağırılması ilə bağlı açıqlama verir.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna XİN keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd etdi ki, Saakaşvili ətrafında yaranan vəziyyət çox təəssüfləndiricidir, çünki, Ukrayna vətəndaşı olan siyasətçinin, açıq şəkildə dövlət mövqeyini tərəf olaraq bildirmək haqqı yoxdur, ancaq Saakaşvili Gürcüstanla bağlı seçki qabağı siyasi bəyanatlar verir.

“Onun verdiyi hər bəyanatından sonra, Ukrayna səfiri Gürcüstanın Xarici İşlər Nazirliyinə çağrılır. Disbalans odur ki, özəl şəxs çıxıb bəyanat verir, cavabı verən isə, dövlət olur” – dedi Kuleba.

“Ümid edirik ki, münasibətlərin stabilizasiyası mümkün olacaq və bu narazılıqlar aradan qaldırılacaq, çünki özəl şəxsin verdiyi bəyanatlar dövlətlər və xalqlar arasındaki münasibətlərə zərər verməməlidir” – dedi Kuleba.

Onun dediyinə görə, “Ukrayna Xarici İşlər Nazirliyinin mövqeyi maksimal şəkildə kəskindir, cənab Saakaşvili özəl şəxsdir və onun şəxsi bəyanatları və şəxsi mövqeyi – Ukrayna dövlətinin mövqeyi deyil.

Bizimlə əlaqə saxlayın