31 
Iyl
2020
10:47
1390

Qazaxıstanda Gürcüstan vətəndaşı öldürüldü

Qazaxıstanda, Telavi rayonundan olan 42 yaşlı Gürcüstan vətəndaşı öldürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Rustavi2 telekanalı məlumat yayıb.

Məlumata görə, öldürülən şəxs bir neçə ay əvvəl Gürcüstandan ayrılıb və Qazaxıstanda fərdi bizneslə məşğul olub.

Qətlin səbəbi məlum deyil. Kişi soyuq silahla yaralandıqdan sonra xəstəxanaya qaldırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Ölən kişi ölməmişdən əvvəl qatilinin adını deyib.

Onun Gürcüstan vətəndaşı olan tanışı tərəfindən öldürülmə ehdimalı olduğu bildirilir.

Xarici İşlər Nazirliyi mərhumun cəsədinin vətəninə gətirilməsi üçün danışıqlar aparır.

Bizimlə əlaqə saxlayın