05 
Avq
2020
09:22
1392

Livanın paytaxtı Beyrutda ard-arda partlayışlar olub - ŞOK GÖRÜNTÜLƏR

Livanın paytaxtı Beyrutdakı partlayışlar zamanı ölənlərin sayı 78 nəfərə çatıb.

InterPress.ge-nin məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı xəsarət alanların sayı 4 min nəfərə yaxınlaşır.

Livanın baş naziri Həsən Diab Beyrutdakı partlayışın başvermə şəraitinin öyrənilməsi üçün komissiya yaratmağa tələb edib.

"Biz Beyrutdakı partlayışın araşdırılması üçün komissiya yaratmağa çağırırıq ki, yoxlamanın nəticələri 48 saat ərzində ictimaiyyətə açıqlansın", - deyə Baş nazir bildirib.

O, qeyd edib ki, baş verən hadisəyə görə cavabdehlik daşıyan şəxsin tapılıb məsuliyyətə cəlb edilməsinədək sakitləşməyəcək: “Çünki 2 750 ton ağırlığında ammonium turşusunun bir hissəsinin 6 il təhlükəsizlik tədbirləri olmadan bir anbarda saxlanılması yolverilməzdir”.

Bizimlə əlaqə saxlayın