06 
Avq
2020
13:54
1551

Gürcüstan vətəndaşı Azərbaycanda qəzaya düşdü - VİDEO

Azərbaycanın Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən avtomobil qəzasında iki nəfər Gürcüstan vətəndaşı xəsarət alıb.

InterPress.ge-nin “Report”-a istinadən verdiyi məlumata görə, “BMW” markalı avtomobilin yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü, Gürcüstan vətəndaşı Rəşad Həsənov və sərnişini Allahyar Fərhadov xəsarət alıb.

Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılara tibbi yardım göstərildikdən sonra müalicə üçün Bakıya göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın