10 
Avq
2020
06:52
453

Türkiyə ordusu İraqda PKK terrorçularını məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalında Avaşin rayonundakı mövqelərinə zərbələr endirib.

InterPress.ge “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində bildirilir.

Məlumata görə, zərbələr nəticəsində PKK-nın 3 terrorçusu məhv edilib.

Nazirliyin məlumatında əməliyyatın keçirilmə yerindən kadrlar da əlavə edilib.

"Türkiyənin Hərbi Qüvvələri əməliyyatları son terrorçunun məhv edilməsinə qədər davam etdirəcək”, - nazirliyin xəbərində vurğulanıb.

Bizimlə əlaqə saxlayın