22 
Sen
2020
08:51
472

Azərbaycan şəhid verdi

Ermənistan-Azərbaycan sərhədində bir Azərbaycan əsgəri şəhid olub.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Azərbaycan mətbuatı yayır.

Bildirilir ki, "Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub".

Azərbaycan Müdafiə Nazirliyinə görə, "cəbhədə vəziyyətin kəskinləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Bizimlə əlaqə saxlayın