23 
Sen
2020
08:29
1271

Gürcüstan vətəndaşı Bakıda özünü bıçaqladı

Bakıda intihara cəhd hadisəsi baş verib.

InterPress.ge-nin Azərbaycan KİV-lərinə istinadən məlumatına görə, hadisə Nərimanov rayonunda yerləşən "Reymon" otelində qeydə alınıb.

Gürcüstan respublikasının vətəndaşı, 1964-cü il təvəllüdlü Milkoşvili Levan Giorgi oğlu bıçaqla özünə xəsarətlər yetirib. Yaralı çoxlu qan itirdiyinə görə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarnının ön divarının və hər iki saidin çoxsaylı kəsikləri diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat olunub və həkim nəzarətində saxlanılır.

Hadisənin təfərrüatı araşdırılır.

Bizimlə əlaqə saxlayın