25 
Sen
2020
08:37
601

Ərdoğan ona təqdim olunan bibər mürəbbəsini dadmaqdan imtina etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona təqdim edilən mürəbbənin dadına baxmaqdan imtina edib.

“Haberler”in məlumatına görə, maraqlı olay AKP-nin Mərkəzi Qərargah Şurasının iclasında yaşanıb.

Belə ki, üzvlərdən biri Ərdoğana bibər mürəbbəsi gətirib. Ərdoğan təəccübünü gizlədə bilməyərək “Bibər mürəbbəsini ilk dəfədir eşidirəm. O necə olur?” deyib.

Təam haqqında məlumat alan Ərdoğan “mən mürəbbə yeyə bilmirəm” deyərək onu dadmaqdan imtina edib.

Bizimlə əlaqə saxlayın