28 
Sen
2020
10:21
852

Erməni təxribatı nəticəsində bir ailənin beş üzvü həlak olub - RƏSMİ

"Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam edərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir".

InterPress.ge xəbər verir ki, bununla bağlı Azərbaycanın Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, Ermənistan silahlı birləşmələrinin dinc Azərnaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun dörd ailə üzvü həlak olublar.

Goranboy Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın