30 
Sen
2020
15:35
2608

Azərbaycanın döyüşləri dayandırmasının şərti açıqlandı

Azərbaycanın ATƏT yanında Daimi nümayəndəliyi sentyabrın 29-da ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.

InterPress.ge xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Çıxış zamanı qeyd edilib ki, Azərbaycan tərəfi ümid edir ki, ATƏT-in Minsk qrupu Azərbaycanın niyyətinin ciddiliyini nəhayət tam anlayacaq və bölgədə sülhün təmin edilməsi üçün Ermənistandan işğal edilmiş ərazilərdən tam və qeyd şərtsiz çıxmasını tələb edəcək. Bu zamana kimi Azərbaycan legitim hərbi əməliyyatlarını davam etdirəcək.

Çıxışda eyni zamanda bildirilib ki, Azərbaycan ərazilərinin hərbi işğalı Ermənistan tərəfindən arzu edilən nəticəni heç bir zaman verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktında əks edilmiş Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür.

Sonda bildirildi ki, nə qədər tez bir zamanda Ermənistan bu həqiqətlər ilə razılaşsa, bir o qədər tez münaqişə həll ediləcək və region dövlətləri və xalqları əməkdaşlıq və iqtisadi inkişafdan bəhrələnə biləcək.

Bizimlə əlaqə saxlayın