01 
Okt
2020
14:22
4893

Azərbaycan ordusunun öldürdüyü erməni hərbçilərin görüntüləri yayıldı - VİDEO

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda görə, sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulub.

InterPress.ge Azərbaycan KİV-nə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən Azərbaycan qoşunlarının bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Azərbaycan MN-nin məlumatına görə, günlərdir davam edən döyüşlərdə Azərbaycan ordusu Ermənistanın xeyli sayda döyüş texnikası və canlı qüvvəsini məhv edib.

“Caliber” “YouTube” kanalı öldürülən erməni hərbçilərin görüntülərini yayımlayıb.

Qeyd edək ki, “Caliber” “YouTube” kanalı həm Cənubi Qafqaz regionuna vurğu etməklə hərbi-siyasi və hərbi-texniki mövzularla maraqlanan geniş izləyici kütləsi, həm də bu sahədəki ekspert və mütəxəssislər üçün nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər