01 
Okt
2020
20:01
5835

Erməni cəbhəsində yaşanan dəhşət - Qaçan əsgərlər, yandırılmış mövqelər - VİDEO

Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində erməni əsgərlərə sözün əsl mənasında cəhənnəm yaşadır.

InterPress.ge "Haqk.am saytına istinadən xəbər verir ki, elə ermənilərin özlərinin yaydığı kadrlar buna sübutdur.

Şiddətli döyüşlərin getdiyi ərazilərdən çəkilən kadrlar erməni ordusunun hansı vəziyyətdə olduğunu göstərir.

Dronların səsi və göydən yağan mərmilər erməni əsgərlərin kabusuna çevrilib. Cəbhədə ermənilərə Qarabağ torpağını dar edən Azərbaycan Ordusu hərbi əməliyyatları uğurlu formada davam etdirir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 27-dən bu gün səhər saatlarınadək Ermənistanın 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

Bizimlə əlaqə saxlayın