28 
Nybr
2020
21:02
2102

Gürcüstanda komendant saatı qüvvəyə mindi

Saat 21:00-dan bütün Gürcüstanda komendant saatı qüvvəyə minib.

InterPress.ge məlumat verir ki, Gürcüstanda mövcud epidemioloji vəziyyəti nəzərə alaraq, Baş Nazirin rəhbərlik etdiyi İdarələrarası Koordinasiya Şurası ölkədəki mövcud nöqtə məhdudiyyətlərinin sərtləşdirilməsinə və genişləndirilməsinə qərar verib.

Qərara əsasən, bu gündən 31 Yanvar tarixinədək ölkədə hərəkət məhdudiyyət, saat 21: 00-dan 05: 00-a qədər həm piyada, həm nəqliyyat vasitələrinə tətbiq edilir.

Xatırladaq ki, yalnız iki gün, 31 dekabr və 6 yanvar tarixlərində hərəkət məhdudiyyəti qüvvədə olmayacaq.

Bizimlə əlaqə saxlayın