12 
Mar
2020
09:23
797

“Liverpul” Çempionlar Liqası ilə vidalaşdı 

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində “Liverpul” “Atletiko”ya məğlub olub.

InterPress.ge xəbər verir ki, görüş “Enfild” stadionunda baş tutub.

İlk qolu 43-cü dəqiqədə Jorjinyo Veynaldum vurub. Bundan sonra əsas vaxtda qol vurulmayıb.

94-cü dəqiqədə Roberto Firmino hesabı 2:0 edib.

Lakin “Atletiko” Fernando Lyorentenin (97, 105) və Alvaro Moratanın (120) qolları ilə “Liverpul”un bütün ümidlərini puça çıxarıb.

Bizimlə əlaqə saxlayın