1 USD =3.212 GEL 1 EUR =3.776 GEL 1 AZN =1.891 GEL 1 TRY =0.407 GEL 1 RUB =4.133 GEL
02 
Mat
2020
10:17
422

“Real” “El-klasiko”nu qazanıb liderliyə yüksəldi - VİDEO

İspaniya La Liqasının 26-cı turunda “El-klasiko” baş tutub.

InterPress.ge xəbər verir ki, Madriddə kemirilmiş görüşdə “Real” “Barselona”nı qəbul edib.

İki komanda arasında əzəli rəqabətdən əlavə turnir cədvəli baxımından da olduqca vacib əhəmiyyət daşıyan görüşün qalibi meydan sahibləri olub.

Bu matça qədər 53 xalı olan və 55 xallı “Barselona”dan sonra ikinci pillədə qərarlaşan “Kral klubu” iki qollu qələbə ilə xalını 56-ya yüksəldib və liderlik mövqeyini ələ keçirib.

Oyunda hesabı Vinisius Junior açıb. O, 71-ci dəqiqədə Toni Kroosun ötürməsini məntiqi sonluğa çatdırıb.

Qarşılaşmaya əlavə olunmuş 2-ci dəqiqədə isə Mariano Diaz nəticəni elan edib. Bir dəqiqə əvvəl oyuna daxil olan və Dani Karvaxalın ötürməsindən sonra fərqlənən 26 yaşlı futbolçu hesabı 2:0-a çatdırıb.

Bizimlə əlaqə saxlayın



Digər "idman" xəbərləri