12 
Mar
2020
18:01
3024

Dollar sürətlə bahalaşır, lari isə düşür - Rəsmi məzənnə

Lari dollara qarşı sürətlə ucuzlaşmağa davam edir.

InterPress.ge xəbər verir ki, bu gün saat 17:00-da Milli Bankın martın 13-nə müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 dollar 2.9494 lariyə bərabər olub.

Gürcüstanın milli valyutası avro qarşı da ucuzlaşıb. Rəsmi məzənnəyə görə martın 13-də 1 avro 3.3145 lariyə bərabər olacaq.

Bu gün isə dollar və avro ilə əməliyyatlarda rəsmi məzənnə müvafiq olaraq 2.8791 və 3.2591 lariyə rəsmi məzənnəsi ilə həyata keçirilib.

Qeyd edək ki, Gürcüstan banklarında 1 dollar 3 laridən yuxarı qiymətə təklif edilir.

Bizimlə əlaqə saxlayın