13 
Mar
2020
11:50
616

Gürcüstanın xarici ticarət dövriyyəsi 6% artıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 1 855,0 mln. ABŞ dolları təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 6,1% çoxdur. Hesabat dövründə Gürcüstanın ixracı illik ifadədə 4,5% artaraq 526,3 mln. dollar, idxal isə 6,8% artaraq 1 328,7 mln. dollar olub.

Yanvar-fevral ayları ərzində Gürcüstanın mənfi ticarət saldosu 802,5 mln. dollar təşkil edib ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 43,3%-nə bərabər olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər