13 
Mar
2020
16:51
679

Tbilisidə bağlanan otellərin sayı artır

Koronavirusla bağlı vəziyyətlə əlaqədar olaraq Tbilisidə fəaliyyətini dayandıran otellərin sayı artır.

InterPress.ge xəbər verir ki, bu barədə yerli “IPN” agentliyinə ölkənin Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə 15-ə yaxın otel müvəqqəti olaraq bağlanıb.

Federasiya rəhbəri deyib ki, mart-aprel ayları ilə yanaşı, may ayına olan rezervasiyalar da ləğv olunur.(report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər