18 
Mar
2020
14:35
1039

Gürcüstan Milli Bankı hərraca 40 milyon ABŞ dolları çıxarır

Gürcüstan Milli Bankı martın 19-da valyuta hərracına 40 milyon ABŞ dolları çıxaracaq.

InterPress.ge xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Milli Bank xarici valyuta bazarına ilk intervensiyasını martın 13-də edərək hərracda 20 milyon ABŞ dolları satıb.

Qeyd edək ki, son günlər ölkənin milli valyutası kəskin ucuzlaşıb. Hazırda Gürcüstanda 1 ABŞ dollarının rəsmi məzənnəsi 3,0807 lari təşkil edir. (Report)

Bizimlə əlaqə saxlayın