31 
Mar
2020
10:07
1154

Gürcüstanda ümumi karantin beynəlxalq yük daşımalarına tətbiq olunmayacaq

Gürcüstanda bu gündən qüvvəyə minən ümumi karantin rejiminin məhdudiyyətləri ölkə ərazisində yük daşımalarına tətbiq olunmayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, həm beynəlxalq, həm də daxili yük daşımaların həyata keçirilməsi davam etdiriləcək: “Karantin rejiminin tətbiq olunduğu Marneuli və Bolnisidə də yük daşımalarına heç bir məhdudiyyət yoxdur. Daşımalar Daxili İşlər Nazirliyi ilə razılaşma və müəyyən zəruri şərtlər əsasında həyata keçirilir”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər