13 
Apr
2020
19:17
1253

Gürcüstanın hərbi zavodu qoruyucu maska istehsalına başlayıb

Gürcüstan Müdafiə Nazirliyinin “Delta” hərbi zavodunun bazasında koronavirusdan qoruyan vasitələrdən biri olan qalxan maskaların istehsalına başlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili bildirib.

Onun sözlərinə görə, müəssisədə artıq 5 000-ə yaxın qalxan maska istehsal olunub:

“Bu ləvazimat bütün dünyada lazımlı və çatışmayan qoruyucu vasitədir. Zavodda qalxan maskaların istehsalı davam etdiriləcək”.(repprt)

Bizimlə əlaqə saxlayın