29 
Apr
2020
14:01
1091

Gürcüstan Milli Bankı uçot dərəcəsini azaltdı

Gürcüstan Milli Bankı uçot dərəcəsini 0,5% azaldaraq 8,5% səviyyəsində müəyyən edib.

InterPress.ge xəbər verir ki, bunu bankın prezidenti Koba Qvenetadze bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyası və dünya bazarlarında neftin kəskin ucuzlaşması fonunda Gürcüstanda mart ayında illik inflyasiya 6,1% təşkil edib.

Bankın proqnozuna əsasən, müvəqqəti faktorların səbəb olduğu infilyasiya bir neçə ay ərzində yüksək olaraq qalacaq, daha sonra isə tədricən azalacaq.

Monetar Siyasət Komitəsinin növbəti iclası 2020-ci ilin iyunun 24-nə təyin olunub.(report)

Bizimlə əlaqə saxlayın