20 
May
2020
15:25
1584

Gürcüstan və Ukrayna arasında birbaşa uçuşlar bərpa ediləcək

Ukrayna və Gürcüstan arasında birbaşa uçuşlar iyulun 1-dən etibarən bərpa ediləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur naziri yerli KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hava nəqliyyatının bərpa edilməsi ilə bağlı digər ölkələrlə də danışıqlar aparılır.

Qeyd edək ki, Gürcüstan digər ölkələrin vətəndaşlarının martın 18-dən etibarən ölkəyə girişinə qadağa qoyub. Gürcüstan sərhədləri iyulda açılması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın