21 
May
2020
19:56
2415

Gürcüstan bankları bugünkü valyuta hərracında 40 mln. dollar əldə edib

Gürcüstan Milli Bankı bu gün keçirilən valyuta hərracında 40 mln. ABŞ dolları satıb.

InterPress.ge-nin Gürcüstan Milli Bankına istinadən verdiyi məlumata görə, hərracda 1 dolların orta ölçülmüş məzənnəsi 3,1915 lari olub.

Qeyd edək ki, bu, Milli Bankın bu il həyata keçirdiyi beşinci valyuta müdaxiləsidir. Larinin amortizasiyasını dayandırmaq məqsədi ilə mərkəzi bank artıq 2020-ci ildə 160 mln. dollar valyuta ehtiyatını satmalı olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər