22 
May
2020
14:30
3618

Gürcüstanda hansı məhdudiyyətlər qüvvədə qalır

"Fövqəladə vəziyyət və komendant saatı ləğv edilir, avtomobildə 3 nəfərdən çox insanın səyahət etmə qadağası yalnız taksilərə şamil ediləcək, digər bütün avtomobillərdə sərbəst olacaq".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria İdarələrarası Koordinasiya Şurasının iclasında deyib.

Hökumət başçısının sözlərinə görə, Bolnisi bələdiyyəsində də karantin rejimi ləğv edilir və yalnız iki kənddə tətbiq ediləcəkdir.

Gürcüstanda aşağdakı göstərilənlər üçün məhdudiyyətlər qüvvədə qalır:

- Hava ve yerustu neqliyyat.

- Restoranların yerində müştəri xidmətləri.

- İri ticarət mərkəzlərinin işi.

- idman salonlarının işi.

“Hamımız müəyyən məhdudiyyətləri qorumağa məcbur olduğumuzu başa düşməliyik. Məsələn, müəyyən iqtisadi fəaliyyət növləri üçün, mülki və bələdiyyə nəqliyyatının hərəkəti, idman və mədəni tədbirlər üçün və s.

Hər kəs başa düşməlidir ki, bu gün Gürcüstan koronavirusun yayılması ilə mübarizədə uğur qazanırsa, bu, yalnız vaxtında profilaktik addımlar atdığımıza görədir" dedi Giorgi Qaxaria.

Bizimlə əlaqə saxlayın