29 
May
2020
11:08
592

Xaric ölkələr Gürcüstan istehsalı olan maskalarla maraqlanır

ABŞ, Avropa ölkələri və Ukrayna Gürcüstan istehsalı olan qoruyucu maskalarla maraqlanıb.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava deyib.

Nazirin sözlərinə görə, artıq 20-yə yaxın müxtəlif gürcü şirkəti Gürcüstanda maskalar istehsal edir.

"Gürcüstan bazarı artıq o qədər maskalral dolmuşdu və buna görədə bu günlərdə maskaların ixracına icazə verdik. ABŞ-da, Avropa ölkələrində bu gün maskalara tələb var, maskalra görə uzun sralar var. Tələb Ukraynada da var. İki ayda biz idxalçıdan ixracatçıya çevrildik "dedi Turnava.

Bizimlə əlaqə saxlayın