29 
May
2020
14:29
422

AİB Gürcüstana 100 mln. dollarlıq kredit xətti təsdiq edib

Asiya İnkişaf Bankı COVID-19 pandemiyasının yayılmağının qarşını almaq, yerli müəssisələrə dəyən ziyanın yumuşaldıması və əhalinin dolanışığını yaxşılaşdırmaq üçün Gürcüstana 100 mln. ABŞ dolları həcmində kredit xətti təsdiq edib.

InterPress.ge-nin məlumatına görə, təsdiqlənən kredit xətti dövlətin sosial yardım tədbirlərini maliyyələşdirməyə kömək etməklə, böhrana daha həssas olan əhaliyə dəstək olacaq. Bura pandemiya nəticəsində işlərini itirə biləcək 350 000-ə qədər rəsmi sektor işçisi üçün müvəqqəti ödənişlər, 250 000-ə qədər qeyri-rəsmi və ya özünə işləyən işçilər üçün birdəfəlik ödəmələr, 1,2 mln. ailə üçün kommunal xidmətlər üçün subsidiya və altı aylıq doqquz əsas ərzaq məhsulunun qiymət dondurulması daxildir.

Bizimlə əlaqə saxlayın

Digər "iqtisadiyyat" xəbərləri