03 
Fev
2020
16:19
2062

KİV: Rusiyada Gürcüstanla aviauçuşların bərpası ideyası neqativ qarşılanıb

Rusiyada Çin bazarı ilə bağlı itkilərin kompnesasiyası üçün Gürcüstanla aviauçuşların bərpası məsələsi gündəmə gəlsə də, bununla bağlı müsbət qərar verilməyib.

İnterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri yazıb.

Nəşrin məlumatına əsasən, yanvarın 30-da Rusiyanın nəqliyyat naziri Yevgeni Ditrixinrəhbərliyi altında müşavirə keçirilib.

Toplantıda nazir bu ilin aprel ayına qədər Misir kurortlarına uçuşlara qoyulan qadağanın aradan qaldırılmasının mümkün olduğunu deyib.

“Kommersant”ın mənbəsi bildirib ki, müşavirədə Gürcüstana aviauçuşların bərpa olunması ideyası neqativ reaksiya ilə qarşılanıb.

Qeyd edək ki, Rusiya ötən ilin iyulun 8-dənetibarən Gürcüstanla birbaşa aviauçuşları dayandırıb. (Report)

Bizimlə əlaqə saxlayın