10 
Iyn
2020
13:32
1152

Tbilisi əcnəbilər üçün dünyadakı ən ucuz şəhərlərdən biri seçilib

Tbilisi əcnəbilər üçün dünyanın ən ucuz şəhərlərindən biridir.

InterPress.ge xəbər verir ki, bu Mercer beynəlxalq konsaltinq şirkəti tərəfindən aparılan araşdırma nəticəsində məlum olub.

Mercer 209 ölkədə mənzil, nəqliyyat, ərzaq, geyim, kommunal xidmətlər, əyləncə və tibbi qiymətləri araşdırıb.

Bu il Tbilisi 203-cü yeri tutub. 2019-cu ildə isə Gürcüstanın paytaxtı 202-ci pillədə idi.

Ən bahalı şəhər Hong Kong, onun ardından Türkmənistanın paytaxtı Aşqabad qərarlaşıb.

Tokio, Sürix, Sinqapur, Nyu-York, Şanxay, Bern, Cenevrə və Pekin də ən bahalı top 10 şəhərlər sırasına daxil edilib.

Sonuncu yeri xaricilər üçün ən ucuz şəhər olaraq Tunis tutub.

Bizimlə əlaqə saxlayın