11 
Iyn
2020
08:42
583

Giorgi Qaxaria: "Dövlət proqramları vasitəsilə, biz fermerlərə stimul veririk ki, keyfiyyətli məhsulun istehsalını davam etdirsinlər"

"Dövlət proqramları vasitəsilə, biz fermerlərə stimul veririk ki, keyfiyyətli məhsulun istehsalını davam etdirsinlər və ya istehsala başlasınlar, bununla da ilk növbədə yerli, sonra isə, dünya bazarında müvafiq yeri mütləq tutacağıq və iqtisadiyyatımızı gücləndirəcəyik".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Karelidə yerləşən “Kartlis Xili” (kartli meyvəsi) meyvə emalı şirkətində işlə təmin olunanlarla görüşü zamanı deyib.

Hökumət başçısı qeyd etdi ki, şirkət uğurlu istehsalın nümunəsidir. Şirkət hər il 75 ton müxtəlif meyvə qurusunu hazırlayır və məhsuli yerli, eləcə də eksport bazarına çıxarır.

Baş nazirin dediyinə görə, hökumətin anti-böhran planının məqsədidir ki, böhrana baxmayaraq, kənd təsərrüfatında işlə təmin olunanların işləri qorunub saxlanılsın.

Giorgi Qaxaria şirkətdə Kənd Təsərrüfatı naziri Levan Davitaşvili və Şida Kartli qubernatoru Giorgi Xocevanişvili ilə birlikdə idi.

Bizimlə əlaqə saxlayın