15 
Iyn
2020
12:12
1890

Gürcüstanda daxili turizm bərpa edilib

Gürcüstanda bu gündən etibarən daxili turizm bərpa edilib.

InterPress.hge xəbər verir ki, müvafiq qərar mayın 7-də Gürcüstan Qurumlararası Kordinasiya Şurasının İqtisadi Qrupu tərəfindən açıqlanıb. Qərara əsasən, iyunun 15-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən turizm obyektlərinin, daxili turların, həmçinin dövlət qoruqlarının fəaliyyətini bərpa etməsinə icazə verilir.

Qeyd edək ki, Gürcüstan xarici turizmi iyulun 1-də bərpa etməyi planlaşdırır. Bu məqsədlə qonşu ölkələrə təhülkəsiz dəhlizlərin yaradılması istiqamətində müzakirələr aparılır.

Bizimlə əlaqə saxlayın