29 
Iyn
2020
18:23
688

Gürcüstanın ümumi xarici borcu açıqlanıb

Bu ilin I rübündə Gürcüstanın ümumi xarici borcu 18,3 mlrd. ABŞ dolları təşkil edib.

InterPress.ge xəbər verir ki, xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının rüblük hesabatında bildirilir.

Qeyd olunub ki, martın 31-nə olan göstəriciyə əsasən, Gürcüstanın xarici borcu illik müqayisədə 350,9 mln. dollar və ya 2% azalıb. Hesabat dövründə ictimai sektorun ölkənin xarici borcunda payı 7,8 mlrd. dollar təşkil edib ki, bu da ÜDM-in 44%-nə bərabər olub. Xarici borcda hökumətin payı 5,7 mlrd. dollar, Gürcüstan Milli Bankının payı isə 443,9 mln. dollardır.

Hesabata əsasən, cari ilin I rübündə Gürcüstanın bank sektorunun xarici borcu 4,4 mlrd. dollar təşkil edib.

Bizimlə əlaqə saxlayın