10 
Iyl
2020
14:57
1905

Kvemo Kartilidə böyük layihə həyata keçirilir - FOTO

"Biz cari ildə turizmi gücləndirməliyik. Gürcüstan üçün səyahət edək layihəsi çərçivəsində yeni yerlər kəşf edək. Öz ölkəmizin səyahətçiləri olaq. Daşbaş kanyonu da məşhur yerlərdən biri olmalıdır".

InterPress.ge xəbər verir ki, bu sözlıri baş nazir Giorgi Qaxaria Algetin qorunmuş ərazilərində qonaq olarkən deyib.

Baş nazir ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və milli turizm administrasiyasının rəhbəri Mariam Kvrivişvili ilə bərabər Daşbaş kanyonunu nəzərdən keçirdi. Daşbaş kanyonu öz gözəl mənzərəsi ilə seçilir və o Avropa kanyonları arasında ən böyük kanyondur.

Gürcüstanda ilk dəfə qorunmuş ərazidə covid 19 pandemiyasına baxmayaraq özəl beynəlxalq investisiya dayanmadan həyata keçirilir.

Baş nazirin bildirdiyinə görə, bu həcmdə investisiya bölgə üçün rekord həddədir. Layihə ilə nəzərdə tutulmuş obyektlər isə Gürcüstan üçün yeni və unikaldır.

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvilinin məlumatına görə, layihə ilə Gürcüstanda ilk dəfə 240 metr uzunluğunda şüşə körpü salınacaq. Ərazinin yaxınlığında isə mehmanxanalar və digər turistik infrastruktura inşaa ediləcək. Layihənin sərmayə dəyəri 50 milyon laridən çoxdur.

Qiorqi Qaxaria bildirir ki, bu yeni layihə kanyonun məşhurlaşmasına əlverişlilik yaradacaq. İnfrastruktura qaydaya salınacaq. Yerli əhali işlə təmin ediləcək, turistik xidmətlər inkişaf edəcək və Çalka bələdiyyəsində milli azlıq inteqrasiyası prosesinə əlverişli şərait yaradacaq.

Hökümət komandanının dəyərləndirməsinə görə, yeni turistik infrastrukturun inkişafı həm regiona həm də ölkənin ekoturizmin inkişafında böyük rol oynayamasına önəmli töhfə verəcək.

Bizimlə əlaqə saxlayın