22 
Iyl
2020
20:13
1579

Gürcüstanda müntəzəm uçuşlara qoyulan məhdudiyyətin müddəti uzadıldı

COVID-19 pandemiyası səbəbi ilə Gürcüstanda müntəzəm uçuşlara qoyulan məhdudiyyətin vaxtı avqustun 31-dək uzadılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi (GCAA) məlumat yayıb.

Bildirilib ki, müntəzəm uçuşların sentyabrın 1-dən başlanması planlaşdırılır.

Qeyd edək ki, Gürcüstanda müntəzəm uçuşlara qoyulan məhdudiyyət iyulun 1-də ləğv edilməli idi, lakin GCAA-nın qərarına əsasən, bu, avqustun 1-nə təxirə salınmışdı.

Bizimlə əlaqə saxlayın