03 
Avq
2020
22:11
1400

Bir il ərzində Gürcüstanda hansı məhsullar bahalaşıb?

Bir il ərzində meyvə - 32%, süd məmulatları - 14.6%, ət məmulatları - 11.5%, çörək və un məmulatları - 9.4% bahalaşıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın milli statistika xidməti məlumat verib.

Statistikaya görə, iyul ayının illik inflyasiyası səviyyəsi 5.7%-i təşkil edib.

Qida və spirtsiz içkilər - 11.5%

Meyvə və üzüm - 32%

Qəhvə, çay və kakao - 17.4%

Süd, pendir və yumurta - 14.6%

Balıq - 14.3%

Yağ-12.6%

Ət və ət məhsulları - 11.5%

Mineral, bulaq suları, spirtsiz içkilər və təbii şirələr - 10.2%

Çörək və un məmulatları - 9.4%

Şəkər, cem və başqa şirniyyatlar - 5.1%

Spirtli içkilər və tütün - 9% artmışdır.

Nəqliyyat vasitələrində 9.3 % şəxsi nəqliyyat vasitələri ilə təxliyədə -11.9%. Nəqliyyat xidmətinin qiymətlərində - 7.1% azalma müşahidə olunur.

Bizimlə əlaqə saxlayın