05 
Avq
2020
23:32
1259

Nazir: "Mən, iqtisadiyyat naziri kimi sevinclə qeyd etmək istəyirəm ki..."

"Mən, iqtisadiyyat naziri kimi sevinclə qeyd etmək istəyirəm ki, Gürcüstanın küçələrində artıq ilk turistləri görmək mümkündür".

InterPress.ge xəbər verir ki, bu haqda İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava koordinasiya şurasının iclası sona çatdıqdan sonra qeyd edib.

Onun sözlərinə görə, gürcüstana baş tutan reyslərlə gələnlərin çoxu turistlərdir çünki Gürcüstan hal hazır ki, dövrdə təhlükəsiz dövlətdir.

“Bilirsiniz ki, avqust ayında requlyar uçuşların bir hissəsini açdıq. “ Lüptanza” uçuşu baş tutacaq. Münhen reysləri başa çatır. Earfransın ilk reysi 9 avqust tarixində baş tutacaq. Earbaltikin Riqa- Tbilisi- Riqa istiqamətilə ilk reysi bu gün başlayacaq və sabah Gürcüstana daxil olacaq. Bundan başqa “Airzena” kommersiv çarter reyslərini sona çatdırır. Ay ərzində 16 çarter reys planlaşdırılıb. Az öncə Paris istiqamətilə reys baş tutdu. Biz eləcədə başqa aviaşirkətlərlə danışıqlar aparırıq. Biz sentyabr ayında da mərhələli şəkildə uçuşlar epidemioloji vəziyyətə nəzərən həyata keçirməyə planlaşdırırıq. Parisdən, Münhendən və digər Avropa ölkələrindən gözlədiyimiz sərnişinlərin çoxu xarici turistlərdir. Bundan irəli gələrək küçələrdə yenidən xarici turistləri görmək mümkün olacaq. Bu çox vacib statistikadır. Təbii ki, bu reyslərlə bizim vətəndaşlarımız da istifadə edirlər”, - deyə Natia Turnava qeyd etdi.

Bizimlə əlaqə saxlayın