07 
Avq
2020
10:25
1536

Baş Nazir: "Özüməşğullara yardım proqramının ikinci mərhələsi sona çatdı"

"Özüməşğullara yardım proqramının ikinci mərhələsi sona çatdı".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Qiorqi Qaxaria açıqlama verib.

Onun bu günki iclasında verdiyi məlumata görə sosial iqtisadi yardım proqramının üçüncü mərhələsinə başlanılır.

"Bu gün deyə bilərik ki virusun idarəolunmasına nəzərən anti böhran planı özünü doğrultdu və demək olar ki Gürcüstan ölkədə virusun yayılması riskini idarə edir. Lakin virusun heç yerə getmədiyi açıq aydındır. Biz çox çətin şəkildə virusla mübarizə aparan ölkələri görürük. Biz öncədən də deyirik ki, bizim əsas məqsədimiz mübarizə və qalibiyyətdir. İlk öncə bizim üçün xalqımızın sağlamlığı, iqtisadi böhran və vətəndaşlarımıza iqtisadi yardım önəmlidir. Biz ilk olaraq kommunal ödənişlərlə əlaqədar yardım planı həyata keçirdik. Bu yardımdan 1.200 milyon insan yararlandı. Daha sonra 600 min insanın borc vaxtlarının uzadılmasıdır. Daha sonra turizm istiqamətilə önəmli addımlar atıldı. Bu anti böhranın birinci mərhələsi idi. Daha sonra vətəndaşlar üçün geniş miqyaslı sosial dəstək proqramı başladı. Biz bu gün də bu addımları atmağa davam etməliyik "- dedi Qaxaria.

Bizimlə əlaqə saxlayın