16 
Sen
2020
13:52
2465

Turizm naziri: "Mövqeyimiz sərhədlərin açılmasıdır"

"Pandemiya zamanı ümumiyyətlə, mövqeyimiz sərhədlərin açılmasıdır, ancaq yalnız bütün təhlükəsizlik normalarına riayət olunmalıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Portuqaliyanın turizm naziri Rita Markes jurnalistlərə Gürcüstanın hava siyasəti haqqında müsahibə verərkən qeyd edib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə xalqın sağlamlığı prioritetdir məsələdir və sərhədlərin açılması təhlükəsizlik normalarına uyğun olmalıdır.

"Əvvəla, xalqın sağlamlığı bizim üçün prioritetdir, bundan sonra isə təbii ki, iqtisadiyyat məsələsi gəlir və bilirik ki, iqtisadiyyatı gücləndirmək üçün sərhədlərin açılması lazımdır. Mövqeyimiz sərhədlərin açılmasıdır, amma bütün təhlükəsizlik normalarına riayət etmək və bütün turistlər, sərnişinlər qoyulan qaydalara / tövsüyələrə əməl etməlidirlər. Sərhədlər açıldığı təqdirdə təhlükəsizlik qaydalarına çox diqqət yetirəcəyik. Turizm sektorunda həmişə qısamüddətli və uzunmüddətli prioritetlərimiz olub və indidə var.

Qısa müddətli prioritetlərə iş yerlərinin fəaliyyətlərini qorumaq və şirkətlərin çətin anlardan xilas olmasını təmin etmək nəzərdə tutur. Bu baxımdan, Gürcüstan hökumətinə tövsiyəmiz iş yerlərini qorumaq və şirkətlərə mümkün qədər kömək etməkdir. İkincisi, uzunmüddətli bir strategiyadır. Turizm bərpa ediləcək çünki hamı səyahət etməyi çox sevir. Yeni turizmə hazırlaşmalıyıq. Gələcək turizmin daha güclü və daha yaxşı olması üçün bu zamandan istifadə etməli və turizm məsələlərini nəzərdən keçirməliyik", - dedi Rita Markes.

Qeyd edək ki, Tbilisidə Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraçı Şurasının 112-ci iclası keçirilir. İspaniya, Yunanıstan, Portuqaliya, Rumıniya, Fas, Səudiyyə Ərəbistanı və digər ölkələrdən yüksək səviyyəli qonaqlar Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) İcraçı Şurasının 112-ci iclasında iştirak edənlər arasındadır.

Bizimlə əlaqə saxlayın