26 
Fev
2020
23:19
662

Gürcüstan azad ticarət müqaviləsi imzaladığı ölkələrin sayını 46-ya çatdırıb

"Gürcüstanın azad ticarət müqaviləsi imzaladığı ölkələrin sayını 46-ya çatıb".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Tbilisidə keçirilən "Georgia and the World 2020" beynəlxalq forumunda çıxışı zamanı deyib.

Bildirilib ki, 2014-cü ildən etibarən Gürcüstan azad ticarət müqaviləsi ilə bağlı danışıqları intensivləşdirib və son illər İsrail və Hindistanla bu sahədə aparılan müzakirələrdə irəliləyiş əldə edib: "Bir neçə il əvvəl Gürcüstanın MDB ölkələri və Türkiyəyə ixracı ümumi ixracın 54%-ni təşkil edirdi. Bu göstərici azad ticarət haqqında razılaşmaların imzalanmasından sonra 70%-ə çatdırılıb. Gürcüstanın hazırda 46 ölkə ilə azad ticarət müqaviləsi imzalayıb ki, bu da yerli biznes üçün böyük imkanlar yaradır".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər