01 
Fev
2020
19:46
1473

Bolnisidə yerli azərbaycanlının qətlində şübhəli bilinən şəxs saxlanılıb

Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi (Şəmşoy) kənd sakini Feyzi Əhmədovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İnterPress.ge xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Saxlanılan şəxsin həmin kənd sakini olduğu bildirilir. Hazırda o, polis bölməsində dindirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi saxlanılan şəxs barədə hələ rəsmi məlumat yaymayıb. (Report)

Bizimlə əlaqə saxlayın